Oynamadan finala çıxdı

Rusiyalı tennisçi Daria Kasatkina 922,5 min dollar mükafat fondu ilə Adelaidada (Avstraliya) keçirilən VTA-500 kateqoriyalı turnirdə finala yüksəldi.

Allsport.az xəbər verir ki, yarımfinalda dünyanın 15-ci raketkası, Cessika Pequla ilə qarşılaşmalı idi, lakin amerikalı səhhətində yaranan problemlərə görə oynamaqdan imtina etdi.

Bundan əvvəl Kasatkina almaniyalı Laura Siegemundun imtinası səbəbindən turnirin yarımfinalına vəsiqə qazanmışdı.

Kasatkina finalda rusiyalı Yekaterina Aleksandrovanı yarımfinalda məğlub edən Latviya təmsilçisi Yelena Ostapenko ilə qarşılaşacaq – 6:2, 7:6 (7:3).

Həmin kateqoriyadan