- Baxış sayı: 60
- 18 İyun 2026 00:32
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Brisbendə (Avstraliya) mükafat fondu 1,7 milyon dollar olan WTA-500 kateqoriyalı turnirdə 1/4 finala vəsiqə uğrunda görüşdə Anastasiya Potapova, Veronika Kudermetova üzərində qələbə qazanıb.
Allsport.az xəbər verir ki, rusiyalıların qarşıdurması təxminən 3 saat yarım davam edib və 7:5, 6:7 (7:9), 6:4 hesabı ilə dünyanın 28-ci raketkasının xeyrinə başa çatıb. Kudermetova dünya reytinqində 16-cı yerdədir.
Potapovanın növbəti rəqibi belçikalı Elise Mertensə qalib gələn (6:1, 6:0) Qazaxıstan təmsilçisi Yelena Rıbakina olacaq.