Potapovadan ilk qələbə

Rusiyalı tennisçi Anastasiya Potapova, Dubayda keçirilən turnirə uğurlu start verib.

Allsport.az xəbər verir ki, dünyanın 35-ci raketkası Potapova ilk turda VTA reytinqində 57-ci yerdə qərarlaşan çinli Çju Linlə qarşılaşıb. Rəqiblər arasında 2 saat 10 dəqiqə davam edən görüş 3 setdə rusiyalının qələbəsi ilə başa çatıb – 4:6, 6:2, 6:4.

İkinci turda Potapova, Dariya Kasatkina (Rusiya) – Lusiya Bronzetti (İtaliya) görüşünün qalibi ilə oynayacaq.

Həmin kateqoriyadan