“Prezident kuboku” beynəlxalq reqatasının son günündə qızıl medal!

“Prezident kuboku” beynəlxalq reqatasının son günündə qızıl medal!

Gənclər və idman nazirliyinin dəstəyi ilə Azərbaycan kanoe və avarçəkmə federasiyasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə təşkil etdiyi “Prezident kuboku” beynəlxalq reqatası sona yetdi. 

Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə 1 təmsilçimiz fəxri kürsüyə çıxdı. Birnəfərlik kayak qayığında 1000 metr məsafədə Əlimurad Hacızadə (2009-2010) bütün rəqiblərini üstələdi.

2009-2010 təvəllüdlü təmsilçilərdən İvan Vorobyanski / Hüseyn Həsənov cütü 200 metr məsafəyə kayak yarışında gümüş, Vacib Babayev / Nuran Rəhimli cütü isə bürünc medal əldə edib.

Eyni növdə 2011-2012 təvəllüdlülərdən Əziz Əhmədli / Kamal Tağıyev cütü gümüş, Sənan Cəfərzadə / Tahir Mövsumov isə bürünc medal qazandı.

2006-2007 təvəllüdlülərin akademik avarçəkməsində Nurlan Paşayev / Cahangir Məmmədli cütü 2-ci yer tutdu.

Elvin Əliyev / Niyaz Malikov cütü (2007-2008) kanoe qayığında 200 metr məsafəyə yürüşdə 3-cü sırada qərarlaşdı.

Bu reqatada 20 ölkədən 200 idmançı iştirak etdi.

Həmin kateqoriyadan