“Qayıdıb, daha çox “Böyük dəbilqə” qazanmaq istəyirəm”

4-qat “Böyük dəbilqə” çempionu, dünyanın keçmiş 1 nömrəsi, yaponiyalı tennisçi Naomi Osaka övladı dünyaya gələndən sonra idmana qayıtmağı planlaşdırdığını bildirib.

Allsport.az xəbər verir ki, o, öz açıqlamasında bu sözləri deyib: “Mən mütləq qayıtmağı planlaşdırıram. Qısa fasiləm var, amma yenə də özümü çox rəqabətli hiss edirəm və həqiqətən daha çox “Böyük dəbilqə” qazanmaq istəyirəm”.

Bu ilin yanvarında 25 yaşlı idmançı sosial şəbəkədəki səhifəsində hamiləliyindən danışmışdı.

Naomi Osaka sonuncu dəfə 2022-ci ilin sentyabrında Tokioda keçirilən VTA turnirində rəsmi matçda meydançaya çıxıb. Daha sonra depressiya ilə mübarizə aparmaq üçün karyerasına ara verdiyini açıqlayıb.

Həmin kateqoriyadan