- Baxış sayı: 78
- 06 Noyabr 2026 18:12
- Baxış sayı: 343
- Noyabr 09, 2026
- 0

Britaniyalı tennisçi, “US Open 2021”in qalibi Emma Radukanu “İndian Vells”də (ABŞ) keçirilən VTA-1000 turnirinin ikinci mərhələsinə yüksəlib.
Allsport.az xəbər verir ki, yarışın startında VTA reytinqində 250-ci olan Radukanu dünyanın 96 nömrəli tennisçisi Rebeka Maşarovanı üstələyib – 6:2, 6:3.
Növbəti mərhələdə o, ukraynalı Dayana Yastremska ilə qarşılaşacaq.