“Raketkalarımı dəfələrlə sındırmışam”

Allsport.az xəbər verir ki, serbiyalı tennisçi Novak Cokoviç, final turnirində Dane Rune ilə görüşündə sındırdığı raketlərdən danışıb:

“Düşünürəm ki, bəziləri bunu qəsdən etdiyimi düşünür. Bunun sayəsində həqiqətən stressi aradan qaldıra və oynamağa davam edə bilirəm. Amma heç kimə belə davranmağı məsləhət görməzdim. Həm də özüm üçün. Mən bundan məmnun deyiləm, bunu etməyimdən xoşum gəlmir. Amma bu, artıq olub və mən öz hərəkətlərimə görə məsuliyyət daşımalıyam.

Bəli, yəqin ki, bundan əvvəl də olub, raketkalarımı dəfələrlə sındırmışam və bu, daha sərbəst oynamağa davam etməyimə kömək edib. Neqativdən qurtulmağın başqa, daha düzgün yolları var”.

Həmin kateqoriyadan