- Baxış sayı: 69
- 17 Sentyabr 2026 14:26
- Baxış sayı: 85
- Sentyabr 24, 2026
- 0

Belaruslu tennisçi Arina Sabalenka Romada (İtaliya) keçirilən VTA-1000 turnirində qalib olmaq arzusunda olduğunu etiraf edib.
Allsport.az xəbər verir ki, bu barədə o, tennis.com saytına açıqlama verib:
“Mən Romanı sevirəm. Burada özümü kifayət qədər rahat hiss edirəm. Stadiondakı atmosferi sevirəm, şəhəri gəzməyi xoşlayıram, əla yeməklər və yaxşı restoranlar var.
Romada məğlub olanda çox əsəbləşirəm. Romadakı qələbə mənim arzumdur!”