Rublev ilk qələbəsini qazandı

Rusiyalı tennisçi Andrey Rublev, Vyanada keçirilən ATP 500 turnirinə qələbə ilə başlayıb.

Allsport.az xəbər verir ki, dünyanın 5-ci raketka ustası ilk mərhələdə ATP reytinqində 39-cu olan Avstraliya təmsilçisi Aleksey Popırinə qalib gəlib.

1 saat 38 dəqiqə davam edən görüş 7:6 (7:5), 6:4 hesabı ilə rusiyalının xeyrinə başa çatıb.

Onun Avstriyadakı növbəti rəqibi italiyalı Matteo Arnaldi olacaq.

Həmin kateqoriyadan