“Şarca turu”nda uğurlu start

Yanvarın 27-də Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət elit və U-23 yığma komandası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışında mübarizəyə başlayıb. Allsport.az saytı xəbər verir ki, 17 ölkədən 24 komandanın qatıldığı yarışın ilk mərhələsində velosipedçilər fərdi ötüşmə növündə güclərini sıynayıblar. Al-Mamzar ərazisində baş tutan mübarizədə idmançılar 8,9 km məsafə qət ediblər. 

Yarışda 6 velosipedçi ilə iştirak edən milli komandamızın üzvləri mərhələni uğurla başa vurublar. İdmançılarımızdan ən yaxşı nəticəyə Elçin Əsədov imza atıb. O, 11 dəqiqə 37 saniyə göstərici ilə 9-cu yerdə qərarlaşıb. İdmançımız qalib velosipedçidən 15 saniyə geri qalıb.

Musa Mikayılzadə 23-cü (11’48”64), Əli Qurbanov 75-ci (12’25”11), Nəcəf Bağırov 95-ci (12’39”80), Şahin Eyvazov 101-ci ( 12’47”23), Elgün Əlizadə isə 113-cü (12’52”58) yerlə kifayətləniblər.

Mərhələnin qalibi isə 11 dəqiqə 21 saniyə nəticə ilə BƏƏ-nin “Torq Team” klubunun böyük britaniyalı üzvü Gordon Kyle olub. 

141 velosipedçinin iştirak etdiyi 5 mərhələli yarış yanvarın 31-də başa çatacaq.

Həmin kateqoriyadan