“Son 15 ildə mən valideynlərimdən çox Nadal və Federeri görmüşəm”

“Son 15 ildə mən valideynlərimdən çox Nadal və Federeri görmüşəm”

Allsport.az xəbər verir ki, serbiyalı tennisçi Novak Cokoviç ispaniyalı Rafael Nadal və isveçrəli Rocer Federerlə olan rəqabətdən danışıb:

“Biz həqiqətən dost ola bilmərik, çünki dostlarla hər şey haqqında danışırsan: yaxşı, pis, sirlərin… Məncə, bütün bunları rəqiblərlə bölüşmək o qədər də rahat olmaz”. Son 15 ildə mən valideynlərimdən çox Nadal və Federeri görmüşəm. Bu o deməkdir ki, onlar mənim həyatımın və karyeramın çox vacib hissəsi olublar.
Onlara və bizim çoxdankı rəqabətimizə böyük hörmətim var”.

Həmin kateqoriyadan