Stolüstü tennisçilər Qazaxıstana yollanıb

Çimkənd şəhərində beynəlxalq yarışa yanvarın 26-da start veriləcək. Allsport.az saytı xəbər verir ki, bu rəqabətdə böyüklərlə yanaşı, yeniyetmə də bacarıqlarını göstərəcəklər. Seçmə komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Qazaxıstana 8 idmançı yollanıb.

Həm şəxsi, həm də qoşa yarışlarda Vəzir Allahverdiyev, Nihad Məmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova etimadı doğrultmağa çalışacaq. Beynəlxalq turnirə yanvarın 29-da yekun vurulacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish