UFC Çarlz Oliveyra ilə Beneil Dariuş arasında döyüşün tarixini rəsmən açıqlayıb

UFC yüngül çəkidə keçmiş çempion Çarlz Oliveyra ilə amerikalı Beneil Dariuş arasında reytinq döyüşünü rəsmi olaraq elan edib.

Allsport.az xəbər verir ki, döyüş mayın 7-də Las-veqasda qarışıq döyüş növləri üzrə UFC 288 turniri çərçivəsində baş tutacaq.

Çarlz Oliveyra sonuncu döyüşünü ötən ilin oktyabrında keçirib və titul uğrunda döyüşdə rusiyalı İslam Mahaçova uduzub. Ümumilikdə, braziliyalı qarışıq döyüş ustasının MMA-da 33 qələbə və 9 məğlubiyyəti var.

Beneil Dariuş 8 qələbə seriyasındadır. O, son döyüşdə Mateuş Qamrot üzərində qələbə qazanıb. Ümumilikdə Dariuşun peşəkar qarışıq döyüş növləri üzrə 22 qələbəsi, 4 məğlubiyyəti və 1 heç-heçəsi var.

Həmin kateqoriyadan