Velosiped mexanikləri və məşqçilər üçün seminar

Velosiped federasiyası (AVF) və “Velolider” mağazalar şəbəkəsinin təşkilatçılığı ilə peşəkar velosiped mexanikləri və məşqçilər üçün seminar keçirilib. Allsport.az xəbər verir ki, “Velolider” mağazalar şəbəkəsinin Xətai rayonunda yerləşən filialında baş tutan seminara “Specialized” şirkətində çalışmış, beynəlxalq dərəcəli sertifikata malik rusiyalı mütəxəssis Artyom Qorin başçılıq edib.

Tədbirdə AVF-nin, bir çox velosiped klublarının və müxtəlif velosiped mağazalarının mexanikləri, həmçinin məşqçilər iştirak ediblər.

Videomateriallar və əyani vəsaitlərdən istifadə etməklə iştirakçılara velosipedlərin müasir elektron sistemləri və yeni nəsil texniki avadanlıqları, həmçinin digər mövzularda məlumatlar verilib, müvafiq təmir və quraşdırma tapşırıqları icra olunaraq, onlara izahatlarla yeni bilgilər çatdırılıb.

Seminar başa çatdıqdan sonra iştirakçılara sertifikatlar təqdim olunub.

Həmin kateqoriyadan