Yarışın 2-ci günündə 2-ci ölüm

Allsport.az xəbər verir ki, Mərakeşdə keçirilən “Morokko Desert Çellenc” motosiklet yarışı zamanı daha bir ölüm halı olub.

Hadisə aprelin 27-də baş verib. Yarışın digər iştirakçıları motosikletinin yanında uzanmış 48 yaşlı Niderland təmsilçisi Brahm van der Vudeni tapıblar. İstilikdən və yorğunluqdan vəfat edən motosikletçiyə həkim briqadası da kömək edə bilməyib.

Bu hadisədən 1 gün əvvəl isə fransalı Loran Liktyuster qəza nəticəsində dünyasını dəyişib.

Həmin kateqoriyadan