- Baxış sayı: 78
- 06 Noyabr 2026 18:12
- Baxış sayı: 343
- Noyabr 09, 2026
- 0

Dünyanın keçmiş bir nömrəsi Rafael Nadal, Dohada keçirilən ATP 250 turnirində iştirakdan imtina edib.
Allsport.az xəbər verir ki, 37 yaşlı ispaniyalı bu barədə “X”dakı səhifəsində məlumat verib:
“Təşkilatçıların və gözəl Qətər azarkeşlərinin həmişə məni çox dəstəklədiyi Dohada oynamaq istərdim. Təəssüf ki, yarışmağa hazır deyiləm və həqiqətən də olmaq istədiyim Dohaya gəlib 2014-cü ildəki unudulmaz qələbədən sonra yenidən oynaya bilməyəcəm”.