Yekaterina növbəti mərhələdə

Rusiyalı tennisçi Yekaterina Aleksandrova Adelaidada (Avstraliya) mükafat fondu 922,5 min dollar olan WTA 500 ağır turnirinin yarımfinalçısı olub.

Allsport.az xəbər verir ki, 1/4 final görüşündə dünya reytinqində 21-ci olan qazaxıstanlı 3-cü raketka Yelena Rıbakinanı məğlub edib. Saat yarım davam edən görüş 6:3, 6:3 hesabı ilə başa çatıb.

Aleksandrovanın yarımfinaldakı rəqibi Marta Kostyuku (7:5, 6:3) məğlub edən Latviya təmsilçisi Yelena Ostapenko olacaq. Digər yarımfinalda rusiyalı Daria Kasatkina və amerikalı Cessika Pegula mübarizə aparacaq.

Həmin kateqoriyadan