- Baxış sayı: 62
- 02 Avqust 2026 11:56
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Perunun paytaxtı Limada keçirilən dünya kubokunun mərhələ yarışında çıxışını başa vurub.
Allsport.az xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Sevil Bünyatovadan ibarət yığma komanda yarışında İspaniya millisinə 38:45 hesabı ilə uduzub.
Şəxsi yarışda Anna Başta isə ən güclü “səkkizliy”ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Yaponiya təmsilçisi Emura Misakiyə 8:15 hesabı ilə məğlub olub.