- Baxış sayı: 42
- 25 Aprel 2025 16:22
- Baxış sayı: 58
- Aprel 27, 2025
- 0
Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı davam edir.
Allsport.az xəbər verir ki, mundailın ikinci günündə Azərbaycan yığmasınən heyətində rinqə ilk olaraq Zeynəb Rəhimova çıxıb.
54 kq çəkidə mübarizə aparan boksçu 1/16 final çərçivəsində Yekaterina Sıçeva (Ermənistan) ilə döyüşüb. Görüş Rəhimovanın inamlı qələbəsi ilə başa çatıb. O, ermənistanlı rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.
Bu gün Aynur Mikayılova (57 kq) da mübarizəyə qoşulacaq.