Zverev 1/2-də

Meksikanın Los Kabos şəhərində 915 min dollar mükafat fondu olan ATP 250 turnirinin 1/4 finalında almaniyalı tennisçi Aleksandr Zverev avstraliyalı Thanasi Kokkinakisi məğlub edib.

Allsport.az xəbər verir ki, görüş 6:3, 6:4 hesabı ilə dünyanın 6-cı raketkasının xeyrinə başa çatıb. Rəqiblər meydanda 2 saat vaxt keçiriblər.

Yarımfinalda Zverev dünyanın 40 nömrəsi avstraliyalı Cordan Tompsonla qarşılaşacaq.

Həmin kateqoriyadan