Zverev çempion oldu

Almaniya təmsilçisi Aleksandr Zverev Romada 7,9 milyon avro mükafat fondu olan “Masters” kateqoriyalı turnirinin qalibi olub.

Allsport.az xəbər verir ki, final görüşündə dünyanın 5-ci raketkası reytinqdə 24-cü yeri tutan çilili Nikolas Harrini məğlub edib. 1 saat 41 dəqiqə davam edən oyun 6:4, 7:5 hesabı ilə başa çatıb.

Zverev mövsümün ilk, karyerasının 22-ci titulunu qazanıb.

Həmin kateqoriyadan