- Baxış sayı: 79
- 13 Avqust 2026 17:19
- Baxış sayı: 604
- Avqust 12, 2026
- 0

“Bratislava Reqatası”nda iştirak edəcək avarçəkənlər Slovakiyaya yola düşdü.
Allsport.az xəbər verir ki, 23-25 mayda Bratislavada yeniyetmə və gənclər arasında kayak və kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turniri keçiriləcək.
20-dən çox ölkənin mübarizə aparacağı turnirdə Azərbaycanı 5 idmançı təmsil edəcək.
Kayak növündə Amil Ramazanov, Əlimurad Hacızadə, Elvin Əliyev, Niyaz Məlikov yarışacaq. Tatyana Smilovenko isə kanoe yarışlarında medal qazanmağa çalışacaq.