“İstənilən rəqiblə, istənilən zaman üzbəüz gəlməyə hazıram”

Rafael Fiziyev UFC 313-də Castin Qeyci ilə keçirəcəyi döyüş haqda açıqlama verib. Allsport.az xəbər verir ki, azərbaycanlı ABŞ-li ilə görüşün sürpriz olduğunu deyib:.

“İdeal qarşılaşma gördükdə bundan imtina edə bilmirəm. Zədələnən Den Uokerə tez sağalmasını arzu edirəm. Qeyci ilə döyüş mənim üçün əsl sürpriz oldu. Bunu qəbul etmək asan olmadı. Bu, çox böyük riskdir, lakin xoşuma gəlir. 10 yaşımdan döyüşürəm, bu, mənim həyatımdır. İstənilən rəqiblə, istənilən zaman üzbəüz gəlməyə hazıram”.

Tərəflər martın 9-da ABŞ-nin Las Veqas şəhərində döyüşəcək.

Həmin kateqoriyadan