“Makqreqor Həbibə məğlubiyyəti ilə yaşamalı olacaq”

Yüngül çəkidə “Bellator” çempionu (70 kq-a qədər) Osman Nurməhəmmədov Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasında uzun müddətdir davam edən münaqişədən danışıb.

Allsport.az xəbər verir ki, rusiyalı döyüşçü Makqreqorun məğlub olduğu üçün yata bilmədiyini deyib: “O, qisas almaq istəyir, amma övladları kimi ömrünün sonuna qədər bununla yaşamalı olacaq.

Uşaqları böyüyəndə insanlar deyəcəklər ki, hey, sənin atan çılğınlıq etmək istədi, amma Dağıstandan bir oğlan Amerikaya gəldi və onu təpiklədi. Buna görə də o, yata bilmir”, – Nurməhəmmədov deyib.

Həmin kateqoriyadan