- Baxış sayı: 431
- 04 İyun 2025 20:38
- Baxış sayı: 83
- İyun 17, 2025
- 0
Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub.
Allsport.az xəbər verir ki, “Şüa” idman kompleksində keçirilən yarışın son günündə şəxsi, qoşa və qarışıq-qoşa mübarizədə qaliblər müəyyənləşib. Şəxsi yarışlar Onur Quluzadə və Mərziyyə Nurmətovanın qələbəsi ilə başa catıb.
Kişilərin qoşa mübarizəsində Vəzir Allahverdiyevlə Onur Quluzadə, qadınlarda Mərziyyə Nurmətova ilə Aylin Əsgərova bütün rəqiblərini üstələyib.
Qarışıq qoşa yarışlarda isə Vəzir Allahverdiyevlə Zemfira Mikayılova Azərbaycan çempionu adına layiq görülüb.
Turnirin ilk günlərində keçirilən komanda turnirində kişilərin mübarizəsi “Bakı-1” komandasının, qadınların yarışı isə “Sumqayıt-1” kollektivinin qələbəsi ilə nəticələnmişdi. Fəxri kürsüyə qalxan idmançılara AGİN-nin diplom və medalları, həmçinin, ASTF-nin mükafatları təqdim olunub.