Petr Yanla bu şərtlə döyüşəcək

UFC döyüşçüsü Kori Sendhagen açıqlama verib.

Allsport.az xəbər verir ki, amerikalı idmançı sabiq çempion Petr Yan ilə mümkün revanş döyüşü haqda danışıb:

“Yanı bəyənirəm. Biz eyni səviyyədəyik, onun da bunu hiss etdiyini bilirəm. O, mənim kimi döyüşdə sərt və qəzəblidir. Onunla titul döyüşündə qarşılaşmasam belə, döyüşümüzün BMF kəməri uğrunda olmasını istəyirəm”.

Sendhagenlə Yan arasında ilk döyüş 2021-ci ilin oktyabrında UFC 267 turnirində baş tutub və yekdil qərarla rusiyalının qələbəsi ilə yekunlaşıb.

Həmin kateqoriyadan