“Çox istəyirəm ki, karyeramın sonunu yüksək ovqatda bitirim”

“Çox istəyirəm ki, karyeramın sonunu yüksək ovqatda bitirim”

Sərbəst güləşçimiz Şərif Şərifov (97 kq) Tokio oyunları öncəsi açıqlama verib. Allsport.az saytı xəbər verir ki, olimpiya, dünya və Avropa çempionu artıq 3-cü dəfə planetin ən böyük idman bayramına yollandığını deyib:

“Bu, mənim 3-cü olimpiadamdır. Amma özlüyümdə ilk sınaqdır. Çünki hər dəfə fərqləndikdən sonra, özümü yenidən qələbəyə kökləyirəm. Çox istəyirəm ki, karyeramın sonunu yüksək ovqatda, medalla bitirim”.

Şərif Şərifovun şəxsi məşqçisi AGF-in vitse-prezidenti Firdovsi Umudovdur.

Həmin kateqoriyadan