- Baxış sayı: 38
- 24 Avqust 2026 23:42

- Baxış sayı: 372
- Avqust 20, 2026
- 0


Fiqurlu konkisürmə üzrə heyətə daha bir yeniyetmə idmançı cəlb olunub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan qış idman növləri federasiyasının Beynəlxalq fiqurlu konkisürmə birliyinə Veronika Jilina ilə bağlı ünvanladığı müraciət müsbət dəyərləndirilib və onun tək konkisürmə dissiplini üzrə ölkəmizi təmsil etməsinə rəsmi icazə verilib.
O, 2026–2027 mövsümündən etibarən beynəlxalq yarışlarda buz üstünə çıxaraq Azərbaycan adına mübarizə aparacaq. Hazırda tək konkisürmə dissiplini üzrə beynəlxalq yarışlarda ölkəmizi Səbinə Əliyeva, Leyli Axundova, Nərgiz Süleymanova və Arina Kaluqina təmsil edirlər.