Özbəkistan və Gürcüstan boksçuları Bakıda

Bakıda yeniyetmə boksçular arasında beynəlxalq təlim-məşq toplanışı keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycan və Özbəkistan idmançılarının birgə hazırlığına artıq Gürcüstan seçməsi də qoşulub.

Bakı boks mərkəzində təşkil olunan toplanışda 100-dən çox boksçu iştirak edir. Komandalar gündə 2 dəfə məşq keçir, sınaq döyüşlərində güclərini yoxlayırlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük verilir.

Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Turnir mayın 16-21-də baş tutacaq.

Həmin kateqoriyadan