- Baxış sayı: 43
- 21 Mart 2025 14:42
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Qadın konkisürmə üzrə 2022-ci ilin Olimpiya çempionu, Eteri Tutberidzenin yetirməsi Anna Şerbakova Yevgeniy Pluşenkonun “Zoluşka” buz şousunda iştirak edəcək.
Allsport.az xəbər verir ki, fiqurlu konkisürməçi mayın 10-da Minskdə iki tamaşada çıxış edəcək. O, Pəri xaç anası rolunu oynayacaq. Elena Kostılyeva Zoluşka rolunda buz üzərinə çıxacaq. Şouda həmçinin Dmitri Əliyev, Makar İqnatov, Anna Frolova və başqaları çıxış edəcəklər.
2024-cü ilin dekabrında Şerbakova zədədən sonra ilk dəfə buz üzərinə çıxıb. 20 yaşlı fiqurlu konkisürən yazda ayaq biləyindən əməliyyat olunub.