Stolüstü tennis federasiyası Azərbaycanı boykot edən ölkənin bu şirkəti ilə rəsmi əməkdaşlığa başlayıb

Azərbaycan stolüstü tennis federasiyası ilə Hindistanın “STAG GLOBAL” şirkəti arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb. Allsport.az saytı xəbər verir ki, anlaşmaya əsasən qarşı tərəf yaxın 4 il əzrində millimizi geyim dəstləri və idman avadanlıqları təmin edəcək.

Sözləşməyə federasiyanın baş katibi Könül Mikayilova və şirkətinin rəhbəri Vivek Kohli imza atıb. ASTF-nin vitse-prezidenti Elmar İslamın da iştirak etdiyi imza mərasimində tərəflər arasında səmərəli əməkdaşlıqla bağlı təkliflər irəli sürulüb, görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

Hindistan hökuməti Azərbaycanın Pakistanı dəstəklədiyi üçün ölkəmizə qarşı boykot elan edib. Rəsmilər Azərbaycana səfər etməməyi və bizim malları almamağa çağırıb. Hind bloqçular isə “X” şəbəkəsində “Boycott Azerbaijan” təbliğatına başlayıblar.

Hindistan – 30 il Qarabağı işğalda saxlamış Ermənistanın da yaxın müttəfiqidir və bu dövlətə silah ixrac edir.

Həmin kateqoriyadan