Gənclər gününə üzgüçülük yarışı

Qusar olimpiya idman kompleksində 2 fevral – gənclər gününə həsr olunan üzgüçülük yarışı keçiriləcək. Allsport.az xəbər verir ki, 2017, 2016, 2015, 2014, 2013, 2012, 2011 və 2010-cu il təvəllüdlü oğlan və qızlar arasında gerçəkləşəcək açıq birincilik Sumqayıt və Qusar olimpiya idman komplekslərinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Turnir üzgüçülük idman növünün təbliği, inkişafı və kütləviliyinə nail oluması məqsədi ilə təşkil edilib.

Beynəlxalq üzgüçülük federasiyasının mövcud qaydaları çərçivəsində keçiriləcək turnirdə ilk üç yeri tutan idmançılar diplom və medallarla təltif olunacaq. Yarışa qatılanlar iştirakçı sertifikatı ilə mükafatlandırılacaq. Turnir şəxsi xarakter daşıyır (qeydiyyat 10 manat).

Yarışa qatılan üzgüçülərin ezamiyə xərcləri (nəqliyyat, yemək və yataq) öz hesablarınadır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish