- Baxış sayı: 67
- 16 İyul 2026 22:42
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

Formula-1 üzrə dünya çempionatının 7-ci mərhələsi olan Barselona-Kataloniya qran prisini “Ferrari”dən Lüis Həmilton qazanıb. Allsport.az saytı xəbər verir ki, 2-ci yeri seçmə mərhələdə poul mövqeyini qazanan “Mersedes”in sürücüsü Corc Rassel tutub. Onun komanda yoldaşı Ləndo Norris sona 3-cü çatıb.
Çempionatın öncülü – “Mersedes”in pilotu Andrea Kimi Antonelli avtomobilində nasazlıq səbəbindən mükafat yarışını başa vura bilməyib və 66 dövrənin 62-cisində sıradan çıxıb.
Bu, britaniyalının “Mersedes”dən “Ferrari”yə keçdikdən sonra ilk yarış qələbəsi idi. Britaniyalı 2024-cü il Belçika qran prisindən bəri ilk F1 yarışını qazanıb.