- Baxış sayı: 40
- 25 Aprel 2025 22:28
- Baxış sayı: 49
- Aprel 27, 2025
- 0
“İdman həftəsi” çərçivəsində nəzərdə tutulmuş müxtəlif silsilə tədbirlər davam edir.
Allsport.az xəbər verir ki, bu gün tələbələr arasında keçirilən stolüstü tennis yarışına yekun vurulub.
Gənclər və idman nazirliyi və stolüstü tennis federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” idman kompleksində təşkil olunan yarışda qadınlar arasında Bakı dövlət universitetinin komandası birinci yeri tutub. Azərbaycan dövlət iqtisad universitetinin və Azərbaycan idman akademiyasının (AİA) komandaları müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər. Kişilər arasında AİA birinci olub. Bakı ali neft məktəbinin komandası yarışı ikinci, Azərbaycan dövlət iqtisad universitetinin komandası isə üçüncü pillədə qərarlaşıblar.