- Baxış sayı: 95
- 17 İyul 2026 14:41
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

Yunanıstanın Heraklion şəhərində keçirilən ənənəvi uşu üzrə 8-ci Avropa çempionatında azərbaycanlı idmançılar uğurlu nəticələr əldə ediblər.
Allsport.az xəbər verir ki, yeniyetmələr arasında Tunar Rüstəmzadə (42 kq) və Azad Hümbətov (52 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüblər.
Gənclər arasında Xəyal İbrahimov (52 kq) qızıl, Tunar Kərimli (75 kq) gümüş, Mirhəsən İsmayılzadə (60 kq) isə bürünc medal qazanıblar. Böyüklər arasında isə Yusif Azadi (52 kq) uğurla çıxış edərək gümüş medala sahib olub.