Leyli Axundova çıxışını başa vurdu

Azərbaycanlı konkisürən Leyli Axundova Avropa gənclər qış olimpiya festivalında ümumi nəticədə 28-ci yeri tutub.

Allsport.az xəbər verir ki, o, qısa proqramda 33.84, sərbəst proqramda isə 64.50 xal qazanıb.

Yarışları milli olimpiya komitəsinin baş katibi Azər Əliyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Batumidəki baş konsulu Fuad Əzizov və Bakuriani-2025-dəki nümayəndə heyətinin rəhbəri Anar Bağırov da izləyib. Rəsmi nümayəndələr Leyliyə uğurlar arzulayıb və bu festivalın onun üçün böyük addım olduğunu bildiriblər.

Həmin kateqoriyadan