Sübhan Mamedov dünya çempionatında ilk görüşündə qələbə qazanıb

Sübhan Mamedov dünya çempionatında ilk görüşündə qələbə qazanıb

İngiltərənin Liverpul şəhərində boksçular arasında dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki,  yarışın 2-ci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.

Sübhan Mamedov (50 kq) 1/16 finalda Fredelin de los Santosla (Dominikan Respublikası) üz-üzə gəlib və rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

O, 1/8 finalda Saməd Gümüşlə (Türkiyə) qarşılaşacaq. Döyüş sentyabrın 9-da olacaq.

Öncə Zaur Qəhrəmanovla (65 kq) Səidcəmşid Cəfərov (75 kq) da mərhələ adlayıb.

Həmin kateqoriyadan