- Baxış sayı: 41
- 24 Avqust 2026 23:35

- Baxış sayı: 373
- Avqust 20, 2026
- 0


Rumıniyada Avropa şahmat ittifaqının rəhbər vəzifələrinə seçkilər keçirilib.
Allsport.az xəbər verir ki, təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğuyla növbəti 4 il müddətinə Avropa şahmat ittifaqına prezident seçilib.
Ardınca vitse-prezident vəzifəsinə seçkilər baş tutub. Azərbaycan şahmat federasiyasının icraiyyə komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq təşkilatda vitse-prezident vəzifəsinə seçilib. Ümumilikdə qurumda üç vitse-prezident çalışacaq.
Seçkilərdə qonaq qismində Azərbaycan şahmat federasiyasının prezidenti, beynəlxalq şahmat federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.