- Baxış sayı: 34
- 17 Mart 2025 14:21
- Baxış sayı: 82
- Mart 16, 2025
- 0
11-12 martda Binə atçılıq mərkəzində Azərbaycan atçılıq federasiyasının təşkilatçılığı ilə peşəkar çövkən liqasında yeni mövsümün açılış mərasimi və ilk turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, tədbirdə federasiyasının prezidenti Elçin Quliyev, gənclər və idman naziri Fərid Qayıbov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov iştirak edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində dövlət sərhəd xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıb.
Yeni mövsümün ilk turunda “Sərhədçi” komandası “Buta Golden” üzərində 3:0 hesablı qələbə qazanıb. Günün ikinci qarşılaşmasında “Polad” və “Elit” komandaları qarşı-qarşıya gəlib. Oyun qolsuz bərabərliklə başa çatıb. Sonuncu görüşdə isə “Ömər” komandası liqaya yeni qatılan “Xəzər” üzərində 5:1 hesabı ilə inamlı qələbə qazanıb.
Turun növbəti günündə keçirilən matçında “Şirvan” “Atilla”nı 8:1 hesabı ilə üstələyib.
Günün ikinci oyununda “Embavud” “Qarabağ” üzərində 7 xal fərqlə qələbə qazanıb. Son görüşdə isə “Zəfər” “Ağstafa Dilbaz” komandasına 10 xallıq fərqlə qalib gəlib.
Növbəti turun oyunları 18-19 martda keçiriləcək. Liqa 26 noyabra qədər davam edəcək.