- Baxış sayı: 31
- 17 İyun 2025 16:27
- Baxış sayı: 75
- İyun 17, 2025
- 0
Milli olimpiya komitəsinin (MOK) İdmançılar komissiyasının növbəti iclasında səsvermə nəticəsində Təranə Abbasovanın (ağırlıqqaldırma) yerinə yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya və 3-qat Avropa çempionu Rafiq Hüseynov üzv seçilib. Allsport.az saytı xəbər verir ki, o, yeni etimad barəsində bunu deyib:
“Bu gün mənim üçün xüsusi və qürurverici bir gündür. Rəsmi olaraq Atletlər Komissiyasına üzv seçildim. Bu məsuliyyətli və eyni zamanda şərəfli vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağam.
İdmançıların səsini çatdırmaq, onların hüquqlarını qorumaq və daha sağlam idman mühitinin qurulmasına töhfə vermək üçün əlimdən gələni edəcəyəm”.