- Baxış sayı: 45
- 18 İyul 2025 20:33
- Baxış sayı: 168
- İyul 20, 2025
- 0
Azərbaycan ilk dəfə olaraq keçirilmiş UFC turniri ilə bağlı statistik məlumatlar bilinib.
Allsport.az xəbər verir ki, Bakı kristal zalında təşkil olunan gecənin əsas döyüşü Xəlil Rauntri ilə Camal Hill arasında baş tutub.
Rauntri hakimlərin yekdil qərarı ilə qalib gəlib.
Ümumilikdə turnirin 12 döyüşündən 10-u hakimlərin qərarına gedib.
Yarış 2 saat 53 dəqiqə 52 saniyə davam edib. Bu, 12 döyüşdən ibarət tarixin ən uzun turniridir. Bakıda keçirilən yarış həm də UFC tarixində ən uzun 11-ci kard olub.
Azərbaycanlı döyüşçülərdən Nazim Sadıxov Nikolas Mottanı nokaut edib, Rafael Fiziyev İqnasio Baxamondesi hakimlərin qərarı ilə üstələyib. UFC debütantı Tofiq Musayev isə Mıktıbəy Oralbəyə ağrıdıcı fənddən sonra təslim olub.