Rumıniyalını məğlub etdi

Rumıniyalını məğlub etdi

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatına start verilib.

Allsport.az xəbər verir ki, mundailın ilk günündə Azərbaycan yığmasının bir idmançısı rinqə çıxıb.

50 kq-da mübarizə aparan Marjona Savriyeva debütdə Mihaela Badesku (Rumıniya) ilə döyüşüb. Rəqib ikinci raundda zədələndiyindən həkimlər görüşün davamına icazə verməyiblər. İlk raundu xeyrinə bitirən Savriyeva mərhələ adlayıb. O, 1/8 finalda ilk mərhələdən azad olan bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək. Döyüş martın 11-də baş tutacaq.

Mundialın ikinci günündə millinin 2 boksçusu gücünü yoxlayacaq.

Həmin kateqoriyadan