- Baxış sayı: 56
- 06 Oktyabr 2024 17:28
- Baxış sayı: 60
- Oktyabr 08, 2024
- 0
Allsport.az xəbər verir ki, “Liverpul”un baş məşqçisi Yurgen Klopp klubun transfer siyasəti haqqında danışıb. O deyib:
“Mən klub sahiblərinə qəzəblənmirəm. Etdiyimiz hər şeylə razı deyiləm, amma mən bir işçiyəm. Olmayacaq şeylərə qəzəblənmək üçün burada deyiləm.
Qəzəblənsəm, birdən-birə bizim daha çox pulumuz və resursumuz olmayacaq. Əvvəllər necə işləmişiksə, bundan sonra da elə çalışacağıq. Mən bunu dəyişə bilmərəm, heç kim dəyişə bilməz. Bu yolda müəyyən uğurlar əldə etmişik. Ötən mövsüm 4 kubok qazanmamağımızın bazardakı işlərlə və kifayət qədər futbolçu almamağımızla heç bir əlaqəsi yoxdur”.