- Baxış sayı: 45
- 21 İyul 2026 20:52
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobatu “Qarabağ”a keçib. Allsport.az saytı xəbər verir ki, 24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Ötn ildən bu komandada çıxış edən futbolçu ilk dəfə legionçu həyatı yaşayacaq. O, 2015-2021-ci illər aralığında “Sportinq”in akademiyasında yetişib. Karyerası ərzində “Famalikao”, B SAD və “Tondela” klublarında da çıxış edib.
Samuel Lobatu yay transfer pəncərəsində “kəhər atlar”a qoşulan 3-cü futbolçudur. Onadək Jali Mauddib və Zəkəriyə Savonun keçidi rəsmiləşmişdi.