“Qadınlara və qızlara qarşı zorakılığa son!”

Noyabrın 27-də Azərbaycan velosiped federasiyasının təşkilatçılığı ilə Qadın zorakılığına qarşı beynəlxalq mübarizə gününə “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı ilə veloyürüş keçiriləcək. Allsport.az saytı xəbər verir ki, müxtəlif gənclər təşkilatları və Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilərin qatılacağı veloyürüşə saat 12:00-da “Azneft” dairəsindən start veriləcək.

İştirakçılar müəyyən olunmuş marşrutla hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında yürüşü başa vuracaqlar. AVF veloyürüşdə iştirak etmək arzusunda olan həvəskar xanımları tədbirə qatılmağa dəvət edir.

Birləşmiş Millətlər Təşkilatı maş assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabr ayının 25-i bütün dünyada Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü elan edilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish