- Baxış sayı: 415
- 24 İyul 2026 11:13
- Baxış sayı: 166
- İyul 22, 2026
- 0

Allsport.az xəbər verir ki, turnirdə ölkəmizlə yanaşı, Türkiyə, İran, Hindistan, Macarıstan və FİDE şahmatçıları təmsil olunur.
Beynəlxalq şahmat festivalının açılış mərasimində AŞF-nin 1-ci vitse-prezidenti Faiq Həsənov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Emin Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Turnir reytinqə uyğun olaraq “A” və “B” qrupu olmaqla iki kateqoriyada təşkil edilir. Festivalda eyni zamanda rapid və blits üzrə də yarışlar keçiriləcək.
200-ə yaxın şahmatçının mübarizə apardığı yarışın mükafat fondu 22 650 manatdır. Turnirin baş hakimi Şaiq Quliyevdir.