Məmmədyarov FİDE reytinqində irəlilədi

Məmmədyarov FİDE reytinqində irəlilədi

Beynəlxalq şahmat federasiyası noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbovun mövqeyi dəyişməyib. 36 yaşlı qrossmeyster 2745 əmsalla 14-cü pillədə qərarlaşıb.

Millinin digər üzvlərindən Şəhriyar Məmmədyarov (2734) ötən ayla müqayisədə 1 pillə irəliləyərək, 16-cı olub.

Bakıdakı dünya kubokunda 4-cü yeri tutan Nicat Abbasov (2679) daha 5 pillə irəliləyərək, 53-cü yerə yüksəlib.

Rauf Məmmədov (2644) isə 99-cudur.

Siyahıya son dünya kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2829) başçılıq edir. 2-ci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2795) qərarlaşıb. Çinli, Dinq Liren (2780) ilk “üçlüy”ü qapayır.

Həmin kateqoriyadan